Oqtay Qasımov: “USAID-in bölgədəki fəaliyyəti qəbuledilməzdir”

Təhlil

08.10.2024 14:50

“ABŞ Dövlət katibinin 5 müavini son 1 ildə Azərbaycan əleyhinə ardıcıl olaraq qəbuledilməz bəyənatlar səsləndirib. Bundan başqa, Ermənistanın təhlükəsizliyi üçün atılan addımlar, birgə keçirilən hərbi təlimlər də məhz ABŞ-nin regionla bağlı niyyətindən xəbər verir”. 

Bunu politoloq Oqtay Qasımov Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəməsi məsələsini TodayPress-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, Ağ Evin, xüsusilə COP29 ərəfəsində Azərbaycana qarşı təzyiqləri artırmaq və Ermənistan ilə gələcəkdə yeni münaqişələrə səbəb olacaq yarımçıq sülh müqaviləsinin imzalanmasına təzyiq göstərmək siyasəti rəsmi Bakını adekvat addımlar atmağa və müqavimət göstərməyə vadar edir. Bundan başqa, Qarabağda yaşayan ermənilərlə bağlı məsələnin manipulyasiya edilməsi və buna baxmayaraq, ABŞ-nin  Qərbi Azərbaycan torpaqlarından etnik təmizlənməyə məruz qalmış 300 minə yaxın azərbaycanlının geri dönməsi ilə bağlı məsələni kənara qoyması sözsüz ki, qəbuledilməzdir: 

“USAID-in bölgədəki fəaliyyəti, xüsusilə də Ermənistanla münasibətləri və təşkilatın başında duran Samanta Pauerin erməni diasporası ilə çox yaxın olması təbii ki, rəsmi Bakı tərəfindən narahatlıqla qarşılanır. Pauerin sanki diasporanın militarı kimi fəaliyyət göstərməsi isə qəbuledilməzdir. Bütün bunlar Milli Məclisin üzvlərini məcbur etdi ki, belə bir müraciəti imzalasınlar”.

Politoloqun fikrincə, Azərbaycan cəmiyyəti öz mövqeyini bir daha ortaya qoydu. ABŞ tərəfi beynəlxalq hüquqa əsasən addım atmalı və Ermənistanı sülhə çağırmalıdır. 

Töhfə Səməd

tag: Oqtay Qasımov ,Ermənistan ,Milli Məclis ,ABŞ ,Diaspora ,USAID ,todaypress.az,