Metyu Brayza: “Putin və Zelenskinin görüşməsi müsbət addım olar, lakin buna ümidimiz yoxdur”

Təhlil

18.09.2024 11:44

Düşünmürəm ki, noyabrda keçiriləcək sülh forumunda Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün razılaşma əldə olunsun”. 

Bu sözləri “Ceymstaun” Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza TodayPress-ə danışarkən deyib.

Onun fikrincə, Prezident Zelenskinin bu sammitdə Rusiyanın iştirakının böyük əhəmiyyət kəsb etməsini söyləməsi olduqca mühüm addım olub. Lakin Kursk məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır: 

“Ukraynanın Kursk həmləsi Rusiyaya göz dağı vermək üçün idi. Onlar göstərməyə çalışdılar ki, bizim də gücümüz var.  Bir tərəfdən qızğın müharibənin davam etməsi, digər tərəfdən sülh sammitinin aktiv formada qalması insanları düşündürə bilər ki, bəlkə də razılaşma yaxındır. Lakin mən belə düşünmürəm. Prezident Putin xoş niyyətli olsa belə, onlar müharibəni bitirmək üçün razılığa gələ bilməyəcəklər”. 

Diplomat xatırladıb ki, sözügedən sülh sammitinə 2 aydan da az bir müddət qalıb, lakin yerinə yetirilməli olduqca çox iş var. 

Brayzanın qənaətincə, hər iki tərəf sülh sazişindən hələ çox uzaqdadır. Vladimir Putin və Volodimir Zelenskinin noyabrda sülh forumunda görüşməsi müsbət addım olar, lakin bunun baş verəcəyinə ümidimiz yoxdur.

Qeyd edək ki, adı çəkilən sülh sammitinin dəqiq tarixi hələ açıqlanmasa da, mümkün vaxt kimi, noyabr ayına, ABŞ-dəki prezident seçkilərindən öncəni işarə edir. 

Töhfə Səməd

tag: Prezident ,Putin,Zelenski, ABŞ, Seçki ,Metyu Brayza ,todaypress.az,