Makronun Vatikan FİASKOSU: Tramp prosesi anlayır...

Təhlil

28.04.2025 13:23

102

“Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın davranışlarını bəhanə və fürsət bilərək Avropada önə çıxmağa cəhd göstərir”.

Siyasi ekspert Azər Həsrət bunu TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, Makron özünü xüsusilə Ukrayna məsələsində əsas oyunçu kimi göstərir və Tramp bu davranışı qəbul etmir. 

Ekspert Makronun ABŞ-yə səfəri zamanı baş verən hadisəni xatırladıb:

“Bir müddət öncə Makron ABŞ-yə səfər etdi, amma Tramp onu qapıda qarşılamadı. Ofisinin hansısa nümayəndəsi onu yoldan keçən biri kimi qarşıladı və Trampın yanına apardı. Halbuki Ukrayna prezidenti Volodimir Zelenskini Tramp özü qarşılamışdı. Görünən odur ki, Donald Tramp faktiki olaraq Makronun süni şişirdilməsini başa düşür və bu səbəbdən ona belə münasibət bəsləyir”. 

Analitikin fikrincə ABŞ prezidentinin Makronu Zelenski ilə danışıqdan uzaqlaşdırması da təsadüfi deyil:

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində də Makron önə çıxmaq istəyirdi. İki dövlət anlaşmağa yaxın ikən Makronun müdaxilələri prosesləri pozdu. Aydındır ki, Azərbaycan Prezidenti İlham Əliyev kimi Donald Tramp da başa düşür ki, Makron dağıdıcıdır və onun olduğu proses xeyirlə yekunlaşmır”.

Qeyd edək ki, Papa Fransiskin dəfn mərasimindən əvvəl Vatikanda ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub. 

Görüşdən əvvəl Zelenskinin istəyi ilə zalda üç stul hazırlanıb. İddialara görə, Ukrayna lideri görüşdə Makronun da iştirakını istəyib. Lakin Tramp buna qarşı çıxıb və Makronu otaqdan qovub. 

Qiymət Mahir

tag: Azər Həsrət,Politoloq,Vatikan,Makron,Todaypress.az,

photo