Makron üçün “Son Zəng” çalındı – Yeni Kaledoniyanın azadlıq fəryadı

Təhlil

18.06.2024 14:20

“Fransa hökuməti Yeni Kaledoniyada çox ədalətsiz yanaşma sərgiləyir”.

Politoloq Zeynal Əmrəliyev bu barədə TodayPress-ə açıqlamasında bildirib.Onun sözlərinə görə, xüsusilə Makronun dövründə Yeni Kaledoniya xalqı dəhşətli zülmlərə məruz qalır:   

“Fransa buradakı milli azadlıq hərəkatını boğmağa çalışır. Milli azadlıq hərəkatına qalxan insanlar təqib olunur, həbs edilir. Onların söz azadlığı əllərindən alınır. Parlament seçkiləri ərəfəsində Makron tərəfindən Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququ ilə bağlı qərarın verilməsi  şübhəsiz ki, rəsmi Parisin insan hüquqlarına, demokratik prinsiplərə nə qədər zidd addım atdığını göstərir. Bu beynəlxalq birliyin qınamalı olduğu bir məsələdir”. 

Analitik qeyd edib ki, 21-ci əsrdə bir xalq bu dərəcədə zülmə, müstəmləkəçiliyə məruz qalmamalıdır:

“Yeni Kaledoniyanın xalqı özü də onların yanında olan, hallarına acıyan ölkənin Azərbaycan olduğunu etiraf edirlər. Rəsmi Bakı dəfələrlə müstəmləkəçiliyə, insanların hüquqlarının pozulmasına etiraz edib. Tək Kaledoniyada deyil, insanların zülmə məruz qaldığı istənilən yerdə Azərbaycan rəhbərliyi öz qətiyyətli mövqeyini ortaya qoyur. İndi Makron hökuməti Azərbaycanı nədəsə ittiham edir. Ancaq başa düşmür ki, bu tək Fransa ilə bağlı deyil. Azərbaycan dövləti demokratik prinsiplərin pozulduğu bütün yerlərdə zülmün qabağında, zalımınsa qarşısında dayanıb.”.  

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bir neçə gün öncə Yeni Kaledoniyada şiddətli iğtişaşlara səbəb olan mübahisəli konstitusiya dəyişikliyini dayandırmaq qərarına gəldiyini bildirib. O, qanunu dayandırsa, da geri götürməyib.   

 

Günəş Mərd

tag: Fransa, Makron, Yeni Kaledoniya, Təhlil, todaypress.az,

photo