Kremldən növbəti yanlış: Hörmətsizliyə cavab nə olacaq?

Təhlil

05.05.2025 14:20

83

“Rusiyanın Azərbaycanın Millət vəkili Azər Badamovun ölkəyə girişinə qabağa qoyması yolverilməz olmaqla yanaşı hörmətsizlikdir”.   

Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib.   

O, Azər Badamovun Rusiya Federasiyasının deputatı Nikolay Valuyevin Azərbaycan barəsində verdiyi yolverilməz bəyanata cavab olaraq fikirlərini bildirməsini xatırladıb:   

“Azər Badamovla yanaşı Azərbaycanda bir çox millət vəkilləri və siyasi fəallar buna reaksiya verib. Eyni zamanda deputat Rusiyanın dəvəti ilə səfər edirmiş. Bu, ilk növbədə Rusiya dövlət qurumlarının səriştəsizliyinin əlamətidir. Deputatın ölkəyə girişinə qadağa qoyulubsa, onu dəvət edən qurum bunu bilərək hərəkət etməli idi”.   

Ekspert bunun etik normalara sığmamaqla yanaşı, bütün hallarda təəssüf doğurduğunu qeyd edib: 

“Azərbaycan və Rusiya strateji müttəfiq ölkələrdir. İki ölkə arasında bu kimi hallar arzuedilməzdir. Rusiyanın öz məmurlarının ritorikasına fikir verməsini arzu edirik ki, iki ölkənin münasibətlərinə xələl gəlməsin”. 

Qeyd edək ki, mayın 4-də Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfər edib.

Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. 

Məsələyə münasibət bildirən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, hadisə ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Kreml,Azər Badamov,Todaypress.az,

photo