Kanadadan Trampa sərt cavab: ABŞ-Kanada müharibəsi qapıdadır? –TƏHLİL

Təhlil

16.03.2025 12:30

1172

"ABŞ prezidenti Donald Trampın Kanada ilə bağlı verdiyi bəyanatlar beynəlxalq hüquq normalarına və qonşularla dinc yanaşı yaşama prinsipinə uyğun gəlmir". 

Bu barədə Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, Trampın bu addımı ABŞ-ni genişləndirmək niyyətindən irəli gəlir.

"Tramp bunu hərbi yolla deyil, dinc vasitələrlə həyata keçirmək niyyətindədir. Lakin Kanada xalqı və hökuməti bunu açıq şəkildə rədd edib və ölkənin ABŞ-nin bir hissəsinə çevrilməyəcəyini bəyan edib. Buna baxmayaraq, Tramp Kanadaya iqtisadi təzyiq göstərmək üçün bu ölkədən idxal olunan mallara əlavə rüsumlar tətbiq etməyə başlayıb. Nəzərə alsaq ki, Kanada NATO-nun üzvüdür və Birləşmiş Ştatlara müttəfiq dövlətdir bu nə müttəfiqliyə, nə də qonşuluq münasibətlərinə uyğun gəlmir". 

Analitik hesab edir ki, Trampın Kanada mövzusunda israrı dünya siyasətində ciddi təsirlərə səbəb ola bilər. O, hesab edir ki, bu, dünyada "kim güclüdürsə, istədiyi dövləti ərazisinə keçirə bilər" prinsipi yaradacaq. 

Qeyd edək ki, Donald Tramp Kanadanı 51-ci ştatı elan etmək niyyətindədir. Buna cavab olaraq, Kanadanın yeni Baş naziri Mark Karni ölkəsinin heç vaxt, Birləşmiş Ştatların bir hissəsi olmayacağını deyib.

Türkan İsgəndərli

tag: Amerika ,Donald Tramp,Kanada,Azad Məsiyev,NATO,todaypress.az,