İtkin düşənlərin müəmmalı taleyi: “Cinayətlərin üstü açılmadan sülh ola bilməz” - RƏY

Təhlil

10.03.2025 16:15

2420

“Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı törətdiyi vəhşiliklərin gün üzünə çıxmasının başlıca yolu kütləvi məzarlıqların tapılmasından keçir”.

Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib.

Ekspert qeyd edib ki, cinayətləri ciddi cəhdlə gizlətməyə çalışan Ermənistan tapılan hər məzar və məzarlıqların Azərbaycan xalqının erməni toplumuna qarşı olan nifrət hissini daha da artıracağını çox yaxşı başa düşür.

Eyni zamanda dünya miqyasında erməni lobbisinin son proseslərdə Qarabağdakı erməni toplumunun “məcburi qovulması” kimi yalanlarının mahiyyətini ortaya çıxaracağından və “məzlum" erməni xalqı mifini dağıdacağından qorxur. 

“Təbii ki, Azərbaycan bu kimi məzarlıqların ara-sıra üzə çıxarılması üçün işlər aparır. Lakin Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, nəticə yoxdur. Sülh müqaviləsi imzalamaq istəyən tərəfin törətdiyi cinayətlərə görə ilk növbədə cavab verməsi və üzür istəməsi, təzminat ödəməsi lazımdır. Azərbaycanın bu məsələni sülh danışıqlarında predmet kimi qoyması mütləqdir” deyə A.Qasımov bildirib.

Analitik sonda əlavə edib ki, soyqırım niyyəti ilə törədilmiş bütün cinayətlərin üstü açılmadan və günahkarlar layiqli cəzasını almadan iki ölkə arasında sülh ola bilməz.

Qeyd edək ki, “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində bildirilib ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən hələ də müxtəlif bəhanələrlə boyun qaçırır.   

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Əsir,İtkin,Todaypress.az,

photo