İsrail-Livan atəşkəsi nəyə hesablanıb? - POLİTOLOQ RƏYİ
Təhlil
27.11.2024 17:46
“İsrail ilə "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının əldə olunmasında Livan höküməti maraqlı olub”.
Politoloq Məhəmməd Əsədullazadə TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu qarışdurma daha çox Livanın infrastrukturuna, iqtisadiyyatına mənfi təsir göstərib və humanitar böhran yaradıb:
“İsrail demək olar ki, “Hizbullah”ın sadəcə liderlərini aradan götürdü. Geniş miqayslı əməliyyatlarda elə də uğur əldə edə bilmədi. Onu təşkilat olaraq məhv edə bilmədi. HƏMAS ilə bağlı məsələdə isə vəziyyət bir qədər fərqli oldu. İsrail Qəzzada müəyyən qədər məqsədlərinə çatmağı bacardı”.
Ekspertin qənatincə, “Hizbullah”la İsrail arasında əldə olunan hazırkı atəşkəs daha çox girovların qaytarılmasına, regional münaqişənin qarşısının alınmasına hesablanıb:
“Təbii ki, bu müvəqqəti atəşkəsdi. Amma daimi də ola bilər. Görünür, müəyyən razılaşmalar əldə olunub. O razılaşmalar arasında İsrail qaçqınlarının onun Şimal sərhədlərinə qayıtması, “Hizbullah”ın İsrailin şimalından geri çəkilməsi və Livan ordusunun bura yerləşdirilməsi kimi məsələlər ola bilər”.
Qeyd edək ki, bir gün öncə noybarın 26-da İsrail Müdafiə Qüvvələri ilə Livanın "Hizbullah" hərəkatı arasında atəşkəs sazişi imzalanıb. Müqavilə noyabrın 27-də qüvvəyə minib. ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, bu sənəd döyüş əməliyyatlarının daimi dayandırılmasını və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş bölgələrə qayıtması üçün şərait yaradılmasını özündə ehtiva edir.
Günəş Mərd
tag: İsrail, Livan, Atəşkəs, Hizbullah, HƏMAS, todaypress.az,