İsrail ABŞ-dən uzaqlaşır: Baş nazirin açıqlamasının Trampla nə əlaqəsi var?

Təhlil

12.05.2025 12:45

97

“İsrail və ABŞ elə iki strateji müttəfiq ölkələrdir ki, onların bir-birindən ayrı hərbi-siyasi xətt yürütməsi mümkün deyil”. 

Politoloq Azər Qasımov bunu TodayPress-ə açıqlamasında deyib.

O, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında gərginliyin hələ ABŞ-də prezident seçkilərindən öncə müşahidə olunduğunu bildirib:

“Amma Trampın keçən hakimiyyəti dövründə ABŞ İsraildəki səfirliyini Qüdsə köçürməklə İsrailə, xüsusən də, Netanyahu hakimiyyətinə siyasi dəstəyini bəyan etmişdi. Lakin İsrailin ABŞ-dən hərbi-siyasi asılılığını azaltmaq istəyini də təbii qarşılamaq lazımdır. Ölkələr nə qədər bir-biriləri ilə müttəfiq olsalar da, tam asılı olmaq istəmirlər. Hər ölkənin öz maraqları olduğu üçün fikirlər fərqli ola bilir. Bu da ölkələri çətin vəziyyətə sala bilir”. 

Ekspert hesab edir ki, Netanyahunun ABŞ-dən asılı olmaq istəməməsi əslində ABŞ və ya Trampla bağlı məsələ deyil:

“Əgər Netanyahu belə fikirləşirsə, deməli, o, İsrailin buna hazır olduğuna inanır. İsrail öz kursundan dönən deyil. İsrail bunu dəfələrlə göstərib”.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin təhlükəsizlik sahəsində ABŞ-dən asılı olmasından imtina etməsinin zamanı çatıb.

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,ABŞ,İsrail,Todaypress.az,

photo