İran-İsrail qarşıdurmasında növbəti RAUND: Hədəflər artıq seçilib - ŞƏRH

Təhlil

03.10.2024 14:43

“İsrail mütləq yaxın zamanda hansısa formada İrana cavab verəcək. Ona zərbə endirəcək. Ola bilsin ki, bu zərbələr birbaşa İrana yox onun regiondakı proksi qüvvələrinə “Hizbullah”a, husilərə və ya İraq və Suriyadakı İran nümayəndələrinə endirilsin”. 

Bunu iranlı politoloq Əlirza bəy Zamani, TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, İsrail hökümətini narahat edən əsas məqamlardan biri də hazırda onun beynəlxalq aləmdəki və ölkədaxilindəki imicinin zədələnməsidir: 

“İsrail hökuməti öz daxili auditoriyasına gücünü göstərməlidir. Xalqında o əminliyi yaratmalıdır ki, İsrailə hər hansı hücum olunsa, onu cavabsız  qoymayacaq. Elə İran da bu səbəbə görə İsrailə hücum elədi. Amma İsrailin İrana hücum edəcəyi təqdirdə regionda gərginlik daha da pik həddə  çatacaq.  Bu, regionda böyük fəlakətlərə səbəb olacaq. Hətta böyük müharibəyə gətirib çıxaracaq. Bunun əsas səbəbi isə ABŞ və Qərbin İsraili dəstəkləməsidir”. 

Analitik hesab edir ki, hazırda Qərb, Çin və Rusiya tərəfləri sakitləşdirməli, regionda gərginliyin artmasının qarşısını almalıdırlar: 

“Regionda olan silahlar, habelə İranın əlində olan silahlar, İsrailin əlində olan modern silahlar müharibə olacağı təqdirdə region xalqlarına çox böyük ziyanlar vuracaq. Faciənin bu miqyasda böyüməməsi üçün ümumilikdə bütün dövlətlər bu müharibənin qarşını almağa çalışmalıdırlar”.   

Politoloq sonda qeyd edib ki, İran hazırda iqtisadi baxımdan çox zəif durumdadır. Ona görə mövcud gərginliyin davamlı olmağını istəmir. İsraildən cavab zərbəsi gələndən sonra isə bu qarşıdurmanın taleyini hadisələrin gedişatı bəlli edəcək. 

Günəş Mərd

tag: İran, Hücum ,İsrail ,Hizbullah, Husilər ,todaypress.az,

photo