Gəlişin xeyirli olsun ağsaqqal - TƏHLİL
Təhlil
14.06.2024 17:47
Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi. AFFA prezidenti Rövşən Nəcəf mütəxəssislə görüşərək milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində fikir mübadiləsi apardı. Hədəf Avro-2028-dir.
Futbolda hər şey ola bilər. Amma potensial olan yerdə. Milli heyəti gücləndirmək üçün portuqaliyalı mütəxəssisə ayrılan vaxt bəs edəcəkmi? İndiki dönəmdə millimizdə qrupdan çıxacaq potensial yoxdur. Fernandu Santuşun özü də bilir ki, bunu etmək mümkün deyil. Məşqçi milli komandamızı yaxşı tanıyır. Məhz onun rəhbərliyi altında Portuqaliya millisindən passivimizə ağır məğlubiyyətlər yazmışıq. Bununla belə, Santuş uğurlu gələcəyin gələcəyinə söz verib. Bunun boş vəd olub-olmadığını isə zaman göstərəcək. Qarşıda 3 ili və müsbət nəticəyə köklənən daha 365 günü var. 4 ilinə təxminən 4 milyon avro qazanacağı gözlənilir.
Bir sözlə indidən neqativə yüklənmək istəməzdim. Son olaraq “Beşiktaş” klubunda çalışan Fernandu Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl İstanbuldan göndərilib. Mütəxəssisin Portuqaliya dönəmi də şəffaf olmayıb. Avropa braziliyalıları ilə uğurları öz yerində. Vergidən yayındığına görə ölkəsinin vergi orqanı tərəfindən sanballı məbləğə cərimələnib. İddia olunur ki, Santuş cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər. Atalar yaxşı deyib: Kişinin başına iş gələr. Çox istərdik ki, 69 yaşlı mütəxəssis məhz Azərbaycandakı yaxşı işləri ilə tarixdə qalsın.
Namiq HUN
tag: Azərbaycan, Futbol,Beşiktaş, AFFA, Rövşən Nəcəf, todaypress.az,