Fransanın "Hamam suyu ilə dost tutmaq" siyasəti - Politoloq Parisin İrəvana 29 milyonluq yardımını şərh etdi

Təhlil

16.09.2024 12:15

“Fransanın ayırdığı 29 milyon avro ilə heç bir erməni Qarabağa qayıdan deyil. Uzaqbaşı ermənilər o pulu aralarında bölüşdürüb, yeyəcəklər”. 

Politoloq Əhəd Məmmədli bunu, Fransanın xarici işlər naziri Stefan Sejurnenin “Fransa Ermənistana 29 milyon avro ayıracaq, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub” bəyanatını TodayPress-ə şərh edərkən bildirib.  

Onun sözlərinə görə, tarix boyu Fransada türkəfobiya, islamafobiya siyasəti hökm sürüb:

“Fransa dünya səviyyəsində imperialist bir ölkə kimi tanınır.  Bu ölkə son 200 ildə bir çox genosidlər, müharibələr törədib, əli əsasən də müsəlman xalqlarının qanına bulaşıb.  Vaxtilə Fransa Osmanlı imperiyası ilə əlaqələr quranda bunu özü üçün tarixi uğur sayırdı. Amma sonradan, müstəmləkə siyasətini davam etdirdi. İndi də Cənubi Qafqazda bu siyasəti həyata keçirməyə çalışır. Gürcüstanda və Ermənistanda öz təsirini gücləndirir”. 

Analitik  hesab edir ki, Fransa Ermənistanın dəstəyini itirməmək üçün bu cür addımlar atır: 

“Hamısı da boş işlərdir. Sadəcə olaraq Fransa indi "Hamam suyu ilə dost tutmaq" məsəlinə uyğun davranıb Ermənistanı yanında saxlamağa çalışır”. 

Qeyd edək ki, Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında Fransanın Ermənistana 29 milyon avro verəcəyini deyib. Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.

Günəş Mərd

tag: Ermənistan, Yardım, Fransa ,Stefan Sejume, İrəvan, Azərbaycan ,Gürcüstan ,Əhəd Məmmədli, todaypress.az,

photo