Əziz Əlibəyli: “Foruma gələn ölkələr faktiki çətir axtarırlar”
“XII Qlobal Bakı Forumuna gələn ölkələrin əksəriyyəti köhnə nizam vaxtı əziliblər, Bakıda keçirilən yeni nizam axtarışında isə faktiki çətir axtarırlar”.
TodayPress xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bunu “Facebook” hesabında yazıb.
O bildirib ki, bu ölkələrin bir çoxu indi Azərbaycana təşəkkür edərək, xilas olmaq üçün yalvarırlar:
“Forumda Azərbaycan nümayəndəsi çıxış edərək və qeyri-adi, xəyali, arzulara söykənən qlobal gələcəkdənsə konkret faktlar verdi. Hətta sabiq bir xarici işlər nazirinin çıxışındakı fakt mənə çox pis təsir etdi. O dedi ki, dünyanın ikinci ansambldakı ölkələri birlikdə hərəkət etməlidir, ya da beynəlxalq təşkilatları qoruyub saxlamalıdır. Bir sözlə, orta gücü əsas güc hesab etməyə cəhd edirlər. Lakin Azərbaycan nümayəndəsi davam etdi ki, Azərbaycan regional, karbohidrogen gücüdür. Enerji təhlükəsizliyi üçün ümid yeri, Şərq və Qərb arasında keçiddir. Azərbaycan Türk Ölkələri Təşkilatını qurub, yeni nizamda söz sahibi olacaq. İndi isə müasir dünya üçün model, iqlim diplomatiyasının ilhamverici gücüdür”.
Ə. Əlibəyli əlavə edib ki, dünya ölkələri yeni dünyanın qayğılarını Azərbaycanda axtarmağa gəlib ki, üç imperiya qonşuluğunda salamat yaşamağın sirrini öyrənsinlər.
“Qalib olmaq belə şeydir” deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Forum martın 15-də başa çatacaq.
Qiymət Mahir
tag: Qlobal Bakı Forumu,Bakı,Azərbaycan,Əziz Əlibəyli,todaypress.az,
