Ermənistandan növbəti boş iddia: Bu dəfə hədəf ABŞ-dir...

Təhlil

23.04.2025 14:25

63

“Ermənistanda revanşistlər və Azərbaycan ərazilərinin işğalı üzərində siyasət qurmağa çalışan şəxslər coğrafiyaları, tarixləri səhv salır və burada öz məqsədlərini güdürlər”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə açıqlamasında deyib. 

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində ABŞ-nin vasitəçiliyi və nizamlanması bir sıra şəxsləri narazı salır:

“Burada Rusiya tərəfindən də, Ukrayna tərəfindən də narazı şəxslər, siyasətçilər olsa da, maraqlıdır ki, proseslərin gedişindən ermənilər də narazıdırlar və Krımın Rusiya ərazisi kimi tanınmasını istəmirlər. Bildirirlər ki, ABŞ prezidenti Donald Trampın birinci prezidentliyi dövründə də qondarma qurumun, işğal olunmuş ərazilərin ABŞ prezidenti tərəfindən tanınması da ola bilərdi. Demokratların dövründə Ermənistanla çox isti münasibətlər formalaşmışdı və bu, Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərirdi. Qərəzli yanaşma aydın şəkildə hiss olunurdu. Tramp isə tamamilə başqa addımlar atır. Demokratların buraxdığı səhvləri düzəltmək və bunun əsasında iqtisadi siyasəti formalaşdırmaq xəttini yürüdür”.

Ekspert Krım ilə Qarabağ arasında paralellərin aparılmasını absurd adlandırıb:

“Tarixlər müxtəlifdir. Qarabağ SSRİ-nin dağılmasından sonra separatçılar tərəfindən işğal olunub və burada qondarma qurum yaradılıb. Onu da heç kim tanımayıb. İndi isə geosiyasi reallıqlar dəyişib. Vətən müharibəsi, antiterror əməliyyatları yeni status-kvo formalaşdırıb. Burada qondarma qurumun həsrətini çəkmək, kimisə günahlandırmaq tamamilə yersizdir və heç bir məntiqə sığmır. Ermənilər öz xislətlərini hər məsələdə göstərməyə çalışır. Dünyada gedən müxtəlif proseslərdə hansısa epizodlar üzrə orda da erməni izlərini axtarır və hər zamankı kimi məyus olurlar”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrayna nizamlanması naminə Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşması radikal-revanşist erməniləri özündən çıxarıb. Onlar “Nə üçün Donald Tramp birinci prezidentliyi dövründə eyni qaydada "artsax"ı Ermənistan ərazisi kimi və ya onun müstəqilliyini tanımadı?" kimi gərəksiz və boş suallar verməyə başlayıblar.   

Qiymət Mahir

tag: İlyas Hüseynov,Politoloq,Ermənistan,ABŞ,Todaypress.az,

photo