Ermənistan yeni tərəfdaş axtarışında: Növbəti sərhəd keşikçisi hansı dövlət olacaq? Politoloq AÇIQLADI

Təhlil

05.03.2025 18:20

1586

"Ermənistan sərhədlərini müstəqil qorumaq iqtidarında deyil".   

Politoloq Zeynal Əmrəliyev bunu Ermənistanın qonşu dövlətlərlə sərhəddən rus ordusunu çıxarması məsələsini TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, Ermənistanın İran və Türkiyə ilə sərhədindən rus qoşunlarının çıxarılması ilə bağlı müzakirələr uzun müddətdir davam edir.

Rəsmi İrəvan həmin ərazilərə Qərb, xüsusilə də ABŞ qüvvələrini yerləşdirə bilər: 

"Bayden administrasiyası dövründə Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb və bu sənədə əsasən, ABŞ-nin sərhəd patrul dəstələrinin Ermənistanın sərhədyanı bölgələrində yerləşdirilməsi nəzərdə tutulur. Lakin bu müqavilənin icrası ilə bağlı hələlik real addımlar atılmayıb".   

Analitik diqqətə çatdırıb ki, Baydenin prezidentliyinin son günlərində imzalanan bu müqavilənin Tramp administrasiyası tərəfindən həyata keçirilməsi ehtimal edilir. Moskvanın isə buna sərt reaksiya verəcəyi gözləniləndir.   

Zeynal Əmrəliyev sonda xatırladıb ki, Paşinyan hakimiyyətinin gələcəkdə sərhəd təhlükəsizliyini hansı ölkəyə həvalə edəcəyi zamanla aydınlaşacaq.

Tarix isə göstərir ki, Ermənistan suveren dövlət kimi sərhədlərini müstəqil qorumaq iqtidarında deyil, həmişə xarici qüvvələrin himayəsinə ehtiyac duyub. 

Türkan İsgəndərli

tag: Zeynal Əmirəliyev,Politoloq,Ermənistan,Paşinyan,Todaypress.az,

photo