Ermənistan Azərbaycanı KTMT-yə çəkməyə çalışır? : “Rəsmi Bakı bundan sonra da…”
Təhlil
29.11.2024 17:05
“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT) üzv olmaq kimi bir niyyəti yoxdur”.
Politoloq Oqtay Qasımov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu təşkilat yaranandan ona üzvlükdə maraqlı olmayıb, bundan sonra da olmayacaq:
“Azərbaycan öz ordusunu Türkiyə standartlarında qurub və onu inkişaf etdirir. Təbii ki, Ermənistan xaric KTMT-yə üzv olan ölkələrlə həm Mərkəzi Asiyanın Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi ölkələri ilə ,o cümlədən, Belarus və Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Bu baxımdan hazırda Azərbaycanın KTMT-də ağırlığı Ermənistandan qat-qat çoxdur”.
Analitik vurğulayıb ki, Azərbaycan bu məsələlərdə ikitərəfli münasibətlərə üstünlük verir və hansısa bloklara qoşulmaq niyyəti yoxdur.
Qeyd edək ki, “Mənim ölkəm, mənim Ermənistanım” hərəkatının rəhbəri Mher Avetisyan Rusiya-Ermənistan forumunda bildirib ki, Ermənistan Rusiya ilə birgə layihələrdə daha yaxından iştirak etməli, həmçinin Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmasına nail olmalıdır. O, hesab edir ki, Bakının KTMT-yə daxil olması regionda yeni münaqişənin qarşısını almağa kömək edəcək.
Günəş Mərd
tag: Ermənistan, Rusiya, KTMT, Bakı,Türkiyə, todaypress.az,