Erməni lobbisinin İFLASI: Vaşinqton və Bakının yaxınlaşması İrəvanı qorxuya saldı...
“Yeni administrasiya ilə birgə ABŞ-nin bir çox siyasət məsələsindəki baxışı kökündən dəyişib”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı "soyqırımı" ifadəsini işlətməməsi də bu mənada bir göstəricidir:
“Əvvəla, ortada soyqırımı yoxdur. Bu, erməni lobbisinin çox köhnə propoqandasıdır. Təəssüflər olsun ki, bundan əvvəlki demokratlar admisintrasiyası bu hay-küyə qulaq asırdı. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının da “soyqırımı” ifadəsini paylaşımından çıxarmasının səbəbi odur ki, Vaşinqtonda dəyişən siyasi dili görür və bu qondarma ifadəni işlətməyə cəsarət etmirlər. Onsuz da bu günə qədər Azərbaycan-Ermənistan sərhəddində lazımsız yerə qalıblar. Onların fəaliyyəti Cənubi Qafqazda sülhü əngəlləməyə xidmət edir. Vaşinqtonda yeni konfiqurasiya formalaşdığı bir vaxtda axına qarşı üzmək istəməzlər”.
Ekspert bildirib ki, erməni lobbisi artıq istədiyini əldə edə bilmir:
“Əvvəlki ABŞ administrasiyası dövründə rıçaqları daha çox idi. Hazırda Azərbaycan-ABŞ münasibətlərində də istiləşmə var. Bakıdan verilən mesajları bütün dünya, həmçinin erməni lobbisi və anti-Azərbaycan qüvvələr də aydın görür. Bu da onu göstərir ki, Vaşinqton və Bakı arasında əriyən buzlar digərlərini qorxuya salıb. Onlar nəinki əməllərində, yazılarında belə ehtiyatla davranmağa başlayıblar”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 24 aprel bəyanatında 1915-ci il hadisələrini “soyqırımı” adlandırmaqdan yenidən imtina edib. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyası da “soyqırımı” ifadəsini paylaşımından çıxarıb.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,Azərbaycan,ABŞ,Ermənistan,Lobbi,İflas,Todaypress.az,
