Dünyaya səs salan mühüm narrativ: “Qərbi Azərbaycana qayıdacağıq!”

Təhlil

23.07.2024 12:48

“Ölkə başçısının “biz oraya (Qərbi Azərbaycana) tanklarla yox, avtomobillərlə gələcəyik” fikri bütün dünyaya səs salan mühüm narrativ oldu”.

Bu sözləri TodayPress-ə verdiyi açıqlamada, politoloq İlyas Hüseynov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ətrafında bu xüsusda məkirli fikirlər, kompaniyalar dolaşır. Rəsmi Bakının əsas və tək məqsədi ləyaqətli formada sülhün, Qərbi Azərbaycana qayıdışın təmin olunması, Ermənistanın buna təhlükəsizlik zəmanəti verməsi və beynəlxalq hüququn nəzərdə tutulmuş bütün norma və prinsiplərinin qorunmasıdır. Bu Azərbaycanın əsas niyyətidir. 

“Qərbi Azərbaycandan müxtəlif zaman kəsiyində yerli əhali, yəni azərbaycanlılar deportasiya olunub, təqiblərə məruz qalıblar. Bu 20-ci əsrin 4 dövrünü əhatə edir. Qərbi Azərbaycan sübut olunub ki, bizim tarixi torpaqlarımızdır. Bu gün ölkəmizdə gedən genişmiqyaslı işlər onu deməyə əsas verir ki, biz oraya qayıdacağıq. Bu, güc, hərb və ya döyüş yoluyla olmayacaq. Əksinə sülh, təhlükəsizlik, sabitlik, qarşılıqlı əməkdaşlıq və birgə yaşayış fəlsəfəsi nəticəsində buna nail olacağıq. Bu reallıq heç də uzaq deyil”. 

Xatırladaq ki, iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edən Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq, bir sıra məsələlərə aydınlıq gətirib. Rusiyalı jurnalist Maksim Şevçenkonun Qərbi Azərbaycan məsələsi ilə bağlı ünvanladığı suala, dövlət başçısı “biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik” deyib.

Töhfə Səməd

tag: Qərbi Azərbaycan, İlyas Hüseynov, Bakı, Şuşa, İlham Əliyev, todaypress.az,

photo