"Binokl diplomatiyası"nın aqibəti sual altında - İrəvanın "ev sahibliyi" sona çatır?

Təhlil

23.03.2025 16:20

1284

"Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sülh sazişi imzalandıqdan sonra Ermənistan ərazisində qalmasına heç bir ehtiyac yoxdur".

Politoloq Abutalıb Səmədov bunu missiyanın sərhəddəki mövcudluğu ilə bağlı TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, sülh sazişində həmin qüvvələrin çıxarılması şərt kimi qeyd olunub və ona əməl edilməlidir.

"Rəsmi İrəvan sülhü ləngitmək üçün əlindən gələni edir. Əsas maneə Konstitusiyadır. Onu da 2027-ci ildə dəyişmək istəyirlər. Yəni belə görünür ki, Aİ-nin müşahidə missiyasını da elə o vaxta qədər Ermənistan ərazisində saxlamaq istəyirlər".

Analitik hesab edir ki, Azərbaycan sərhəddə missiyanın qalmasına razı olmayacaq. Bu səbəbdən sülh sazişi imzalandıqdan sonra onlar Ermənistandan çıxmalıdır. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Aİ Azərbaycanla sülh sazişi bağlandıqdan sonra müşahidə missiyasının gələcək fəaliyyətləri barədə razılığa gələcəklər.

Türkan İsgəndərli

tag: Ermənistan,Nikol Paşinyan,Azərbaycan,Müşahidə Missiyası,todaypress.az,

photo