“Binokl diplomatiyası” Avropa üçün necə nəticələnəcək?: Rəsmi Bakının CAVABI HAZIRDIR

Təhlil

15.10.2024 16:54

“Avropanın siyasəti hər zaman saxtaxarlığa söykənib”. 

Politoloq Əhəd Məmmədli bunu TodayPress-ə açıqlamasında deyib. O, Avropanın “binokl diplomatiyası”na diqqət çəkib: 

“Bəs bu “binokl siyasəti” Azərbaycanın torpaqları işğal altında olanda harada idi? Onda niyə belə siyasət yox idi?! Əksinə ATƏT komissiyası Minsk qrupu çərçivəsində işğal olunmuş ərazilərə gəlib, erməni çaxırından içib, donuz kababından yeyib, rədd olub gedirdirlər. İndi isə Ermənistanın məğlub olmasını görüb hər vəchlə ona dəstək verirlər. Niyə Azərbaycana qarşı bu cür ögey, Ermənistana qarşı isə belə doğma münasibət bəsləyirlər? Bunun ən böyük səbəbi din amili ilə bağlıdır. Azərbaycan müsəlman, Ermənistan xristian ölkəsidir. Ona görə, onlar Avropaya bir köynək daha yaxındılar”.  

Analitik hesab edir ki, biz Avropa ilə onun başa düşə biləcəyi dildə danışıb, siyasətimizi ona uyğun qurmalıyıq: 

“Siyasət əzəldən belə qurulub - din, millət əsas götürülən köhnə üsullar üzərində. Nə qədər desələr də, artıq orta əsrlər dövrü deyil, müasir dövrdür. Amma yenə də orta əsr üslubunda siyasi mübarizə aparırlar. Bu üslubu Avropa Qərb dünyaya diktə edir. Əgər onlar belə edirsə, deməli, biz də öz dinimizdən, milli kimliyimizdən bərk yapışıb, onlara eyni amma daha güclü tərzdə cavab verməliyik” .    

Qeyd edək ki,  Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunub. O, tərəflər arasında etimadsızlıq yaradan məsələlərdən birinin də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasının olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni gündəmə gətirəcəyik.

Günəş Mərd

tag: Avropa, Qərb, Belçika ,Avropa İttifaqı, Binokl Siyasəti ,ATƏT ,todaypress.az,

photo