Azərbaycan böyük proseslərə təsir etmək gücünə malikdir – POLİTOLOQ RƏYİ

Təhlil

08.06.2024 14:28

“Azərbaycan xarici siyasəti ilə dünyada gedən iqtisadi-siyasi proseslərə təsir etmək gücünə malikdir”. 

Bu fikri politoloq Azad Məsiyev ölkəmizin növbəti dəfə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi ilə bağlı TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan bir neçə beynəlxalq tədbirə ev sahibliyi edib və beynəlxalq təşkilatlardakı prinsipial mövqeyi ilə seçilib:  

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra beynəlxalq tədbirlərdəki mövqeyi ilə daha da seçilən bir dövlətə çevrildi. Ölkəmiz ərazi baxımından kiçik dövlət olsa da, böyük proseslərə təsir etmək gücünə malikdir. 

BMT-də müvafiq qurumlara üzv seçilmək Azərbaycanın apardığı xarici siyasətə daha çox təkan verəcək. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə apardığı ədalətli siyasət mövqeyini bir daha nümayiş etdirəcək”.  

Politoloqun qənaətincə, Azərbaycanın BMT-də fəal olması onun xarici siyasətinə müsbət təsir edəcək və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq.     

Günəş Mərd

tag: Azərbaycan, Politoloq,Azad Məsiyev, BMT, todaypress.az,