“ATƏT-in Minsk qrupu münaqişə tərəflərini “ələ salır” - TƏHLİL

Təhlil

05.09.2024 17:02

“Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in təmas qrupu mövcuddur. Lakin o da Qarabağ məsələsi ilə bağlı yaradılmış Minsk qrupu kimi "yarıtmaz"dır”. 

Politoloq Sədrəddin Soltan bunu Avstriyanın Ukrayna münaqişəsinin həllində danışıqlara ev sahibliyi etməyə hazır olması ilə bağlı bəyanatını TodayPress-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, indiyə qədər həmin təmas qrupu münaqişənin həlli, tərəflər arasında sülhün əldə edilməsi ilə bağlı heç bir mühüm addım atmayıb: 

“Biz bu ssenariyə Gürcüstan və Moldovadakı münaqişələr zamanı da şahid olduq. ATƏT münaqişələrin həlli cəhətdən "ölü", "yarıtmaz" və "vecsiz"dir. Bunun əsas səbəbi isə təşkilatın münaqişə edən tərəflərə təsir imkanının olmamasıdır. Ona görə də, ATƏT-in vasitəçi kimi məsələyə can atmazı yersizdir”.

Analitikin fikrincə, təşkilat bu cür təşəbbüslər göstərsə də, yenə də uğursuz olacaq. O cümlədən avstriyalı kansler Karl Nehammerin açıqlaması da gülünc görünür. Bu heç də məntiqi addım deyil. İlk növbədə ATƏT tərəflər üçün münaqişəni həll edə biləcək gücə malik deyil. Çünki Rusiyanın yanında bu təşkilat artıq nüfuzunu itirib. Ukrayna da məsələnin həlli ilə bağlı ATƏT-ə ümid bəsləmir. Odur ki, avstriyalı kanslerin nitqi daha çox "boşboğaz"lığa oxşayır. Çünki bu açıqlamanın ardında heç bir reallıq durmur.

Qeyd edək ki, Avstriyanın federal kansleri Karl Nehammer ATƏT-in mənzil-qərargahının ölkəsində yerləşdiyi üçün Ukrayna münaqişəsinin həlli yolunda danışıqlar aparmağa hazır olduqlarını bəyan edib.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, ATƏT, Avropa ,Karl Nehammer, Avstriya ,todaypress.az,

photo