Ağ Evə etimad azalır: Rusiyadan yeni hiylə – ŞƏRH

Təhlil

04.03.2025 13:27

1520

“ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı planı yoxdur”. 

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress-ə açıqlamasında deyib.   

Onun sözlərinə görə, Tramp Rusiyanın diktə etdiyi və hazırladığı şərtlərə uyğun olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin sənədə imza atmasını istəyir.     

“ABŞ liderinin Ukrayna ilə bağlı tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq siyasi nizamı pozaraq Kremlin siyasi maraqlarına xidmət edir. ABŞ Ukrayna ilə bağlı istədiyini həyata keçirsə, Rusiya ümumi regiona nəzarət etməyə çalışacaq”.

Analitik iddia edib ki, rəsmi Vaşinqton artıq öz beynəlxalq imicini itirib. Bundan sonra heç bir dövlət Ağ Evə etimad göstərməyəcək.

“Çünki, Tramp yenidən prezident kimi kürsüyə qayıtdıqdan sonra bütün anlaşmaların üzərindən xətt çəkib. Hazırda dünyada ABŞ-yə qarşı etibarsız və işğala dəstək verən dövlət tendensiyası yaranıb. Trampdan sonra beynəlxalq birlik ABŞ-yə etibar etməyəcək. Azərbaycan isə öz siyasi xəttini Türkiyə və Avropa üzərindən inkişaf etdirməlidir" deyə politoloq diqqətə çatdırıb.   

Töhfə Səməd

tag: Politoloq,Analitik,Məhəmməd Əsədullazadə,ABŞ,Ukrayna,Todaypress.az,

photo