ABŞ-dən Rusiyaya ultimatum: Rəsmi Moskva geri çəkiləcək?
“ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putin üçün “atəşin dayandırılması üzrə son tarixi təyin etmişəm” açıqlaması Rusiyaya ultimatum, təzyiq xarakteri daşıyır”.
Konfliktoloq Elman Vəliyev bunu TodayPress-ə danışarkən deyib.
O, Trampın sözügedən açıqlamasını absurd hesab edib:
“Tutaq ki, Tramp belə bir açıqlama verib, bəs Rusiya buna məhəl qoymasa nə olacaq? Rusiyaya qarşı müharibə elan edilməyəcək. Bu, absurddur. Bəs Tramp Rusiyaya təzyiq edirsə, Ukraynanı niyə sıxışdırır? Trampın nəzərdə tutduğu Rusiya tərəfi ilə görüşüb yeni qazanclar əldə etməkdir. Mesajın daxili auditoriyaya ünvanlanması ehtimalına gəldikdə, Amerikada daxili auditoriya önəm daşımır. ABŞ vətəndaşları siyasətlə heç əlaqəli deyillər. Daxili auditoriya çıxışları Türkiyə, Rusiya, körfəz dövlətləri və kiçik aktorlar üçün önəm daşıyır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukraynada atəşkəs üçün son tarix verdiyini bəyan edib.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Müharibə,todaypress.az,
