Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
Sosial
14.01.2025 01:00
Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı
yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
TodayPress xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda
tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan
sürət həddinə əməl etmələri xahiş edilir.
tag: DİN,Nəqliyyat, Duman, Sürət, todaypress.az,