Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edildi - YENİLƏNDİ
Sosial
23.01.2025 09:18
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb” məlumatda deyilir.
***
23:14
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat
endirilib.
TodayPress xəbər verir ki, bununla bağlı DİN-in
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən
məlumat-sürət tablolarında dəyişiklik olunub.
Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
tag: Yağış, DİN, Xəbərdarlıq, Nəqliyyat, Zığ,Sürücü, todaypress.az,