Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salındı
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə TodayPress-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
tag: Zığ, Yağış, Hava, Ekologiya, Hava Limanı, DİN, todaypress.az,