Zərdabda obyektlərdən oğurluq edən şəxslər saxlanıldı

Sosial

21.10.2024 10:21

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə verilən məlumata görə, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

tag: Hadisə, Oğurluq, Şirvan, Polis, Araşdırma, todaypress.az,