Zərdabda narkokuryer saxlanıldı
Sosial
05.10.2024 09:26
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan TodayPress-ə məlumat verilib.
Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
tag: Zərdab ,Polis ,DİN ,Şirvan ,İran ,Narkotik ,todaypress.az,