“ZƏFƏRİN 5-ci İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” mövzusunda fotomüsabiqə elan olunur

Sosial

29.04.2025 18:51

20

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Azərbaycan Fotoqrafları Birliyi ilə birgə “ZƏFƏRİN 5-ci İLİ: BÖYÜK QAYIDIŞIN ADDIMLARI” adlı fotomüsabiqə elan edir.

TodayPress xəbər verir ki, fotomüsabiqənin keçirilməsində məqsəd Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyası 2023-cü ildə uğurla həyata keçirilən 1 günlük lokal antiterror əməliyyatı ilə əlaqədar olaraq daha da genişlənmişdir. 

Fotomüsabiqəsinin əsas məqsədi həmin ərazilərdə görülən işləri, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini aşağıdakı istiqamətlərdə vizual formada nümayiş etdirməkdir:

Müsabiqəyə təqdim olunan fotolar həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayacaq. Bu təşəbbüs, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələri haqqında pozitiv mesajların yayılmasına və onun parlaq gələcəyinin nümayiş olunmasına xidmət edəcək.

Müsabiqənin şərtəri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://idp.gov.az/az/news/2315

tag: Fotomüsabiqə,Vətən müharibəsi,Qələbə,Qarabağ,Şərqi Zəngəzur ,todaypress.az,