Zaur Əliyev: “Həkimlərin əməkhaqqısında əhəmiyyətli dərəcədə artım qeydə alınıb”
Sosial
17.12.2024 11:42
İcbari Tibbi Sığorta tətbiq edildikdən sonra həkimlərin orta aylıq əməkhaqqısında əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kiçik tibb heyəti üzrə əmək haqqının məbləği 270 manatdan 410 manatadək, orta tibb heyət üzrə 320 manatdan 540 manatadək artırılıb.
Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib. Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmətlərin tariflərinin artması olub.
Zaur Əliyev vurğulayıb ki, görülən tədbirlər tibb heyətinin motivasiyasını artırmaqla yanaşı, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə də mühüm töhfə verir.
Qeyd edək ki, mətbuat konfransında ilin yekunlarına dair hesabat təqdim olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Günəş Mərd
tag: Həkim, Maaş, Artım, Məbləğ,Zaur Əliyev, todaypress.az,