Zaur Əliyev: “Əhalinin 52 faizindən çoxu icbari tibbi sığortadan istifadə edib”
Sosial
17.12.2024 11:20
"2024-cü ildə əhalinin 52 faizindən çoxu icbari tibbi sığorta xidmətlərindən istifadə edib".
TodayPress xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tibbi statistik göstəricilərdə artım qeydə alınıb.
Belə ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat va proseduraların sayı 352 985-ə çatıb.
Özəl tibb müəssisələrində də artım müşahidə olunub. 2024-cü ilin 11 ayı ərzində özəl tibb müəssisələrinə 248.6 milyon manat məbləğində ödəniş olunub.
Qeyd edək ki, mətbuat konfransında ilin yekunlarına dair hesabat təqdim olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Günəş Mərd
tag: Hesaabat, Konfrans, Zaur Əliyev, Statistik, todaypress.az,