Zaur Əliyev: “Bizim əsas məqsədimiz əlçatanlıq idi”
“Bütün ölkə ərazisində icbari tibbi sığorta 3 ildən çoxdur ki, tətbiq olunur. Bizim əsas məqsədimiz əlçatanlıq idi”.
TodayPress xəbər verir ki, bunu İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Kommunikasiya Strategiyasının icrasının cari vəziyyəti və yenilənmiş "its.gov.az" saytının təqdimatında deyib.
“Fəaliyyətə başladığımız ilk illərdə daim başqa ölkələrin saytlarına daxil olub, oradan təcrübə əldə etməyə çalışırdıq. İndi biz öz üzərimizdə işləyib inkişaf etmişik. Məhz bu təcrübəyə əsaslanaraq, saytı 3 dildə, Azərbaycan, Rus və İngilis dillərində etdik ki, başqa ölkələrdən olan mütəxəssislər bizim sayta daxil olub rahatlıqla məlumatları əldə etsinlər” deyə o, bildirib.
Töhfə Səməd
tag: İTSDA, Zaur Əliyev,Azərbaycan,Sığorta, Cəmiyyət, todaypress.az,