“Zara”da müştərinin əl çantası oğurlandı
"Gənclik Mall" Ticarət
Mərkəzində yerləşən "Zara” geyim dükanında müştərinin çantasını oğurlayan
şəxs həbs edilib.
TodayPress
bu barədə “Qaynarinfo”ya istinadən bildirib.
Məlumata
görə, hadisəni törədən 1990-cı il təvəllüdlü K.L. saxlanılaraq barəsində
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş
məhkəməyə göndərilib.
Məhkəmədə
məlum olub ki, K.L. "Zara” geyim dükanın paltar dəyişmə otağının
dəhlizində F.G.-ya məxsus qadın əl çantasını oğurlayıb.
Belə
ki, zərərçəkmiş F.G. "Gənclik Mall"a alış-veriş etmək üçün gedib.
Alış-veriş etdikdən sonra "Zara” dükanına daxil olaraq orada olan
geyimlərə baxıb. Bəyəndiyi paltarları seçərək dəyişmə otağına gedib. Dəyişmə
otağına daxil olduqda aldığı digər məhsulları dəhlizin girişinə qoyub. Həmin
vaxt rəfiqəsi də onunla birlikdə olub.
Birlikdə
paltar dəyişmə otağından çıxdıqda qoyduqları paketlər yerində olsa da, əl
çantasının orda olmadığını müəyən edib. Ətrafı axtarsalar da, tapa bilməyiblər.
Əl çantasının içərisində özünə və azyaşlı oğluna məxsus şəxsiyyət vəsiqələri,
kosmetik vasitələr, bank kartları və nağd 150 manat pul olub.
K.L.
oğurladığı çantanı içindəki əşyalarla birlikdə zərərçəkmişə qaytarsa da,
içindəki 150 manatı imkansızlıqdan xərclədiyini deyib.
Məhkəmənin
qərarı ilə, təqsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə
tənbeh tədbiri tətbiq edilib. Şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi
yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
tag: Zara, Mağaza, Oğurluq, Həbs, Gənclik Mall, todaypress.az,