Zaqatalada zəncirvari qəza oldu, ölən və xəsarət alanlar var
Zaqatala rayonunda üç
avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. Yol-nəqliyyat hadisəsi
Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə
alınıb.
TodayPress “Apa”ya istinadən xəbər verir ki,
Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator
maşınları toqquşub. Nəticədə “Niva”nın sürücüsü, Zaqatala rayonu Sabunçu kənd
sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən ölüb. Qəza nəticəsində,
həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və
Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45
yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən
xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı
Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
tag: Zaqatala, Qəza, Xəstəxana, Ölüm, Yaralı, todaypress.az,