Zaqatalada ev yandı, ölən var

Sosial

23.03.2025 09:43

1619

Zaqatalada yanğın nəticəsində bir nəfər ölüb.

TodayPress xəbər verir ki, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan  birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evin yanması zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Zaqatala,Yanğın,Muxax,FHN,todaypress.az,