Zaqatalada "BMW" yandı
Zaqatalada
"BMW" yanıb.
TodayPress xəbər verir ki, Zaqatala rayonu Yuxarı Tala kənd ərazisində İsmayılov Elnur Salavat oğluna məxsus "BMW" markalı 77-DF-119 dövlət qeydiyyat nişanlı minik avtomobilində yangın baş verib.
Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb olunub.
Yanğın zamanı minik avtomobilinin mühərrik hissəsi qismən yanğına məruz
qalıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı
xəsarət alan olmayıb.
tag: Zaqatala, BMW, Yanğın, Maşın, todaypress.az,