Zahid Oruc: "İqlim dəyişikliyinin əsas səbəbləri sırasında insan amili əsas rol oynayır"

Sosial

22.10.2024 11:20

855

"Qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili  səmərəli ola bilər".

TodayPress xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc bunu STM və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada deyib. 

O, qeyd edib ki, iqlim dəyişikliyinin əsas səbəbləri sırasında insan amili, başqa sözlə sosial amillər dayanır. 

"Bu tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə, ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir" deyə o, qeyd edib. 

Günəş Mərd

tag: İqlim, Azərbaycan Milli Elmlər Akademiyası, Zahid Oruc,İqlim Böhranı, todaypress.az,