“Yüksəliş”ə ən çox müraciət edən universitetlər açıqlandı
“Bu il qeydiyyatdan keçən doktorantura pilləsi üzrə təhsil alanların sayı artıb”.
TodayPress xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, Bakalavriat pilləsində Azərbaycanda təhsil alanlar 15 601 nəfər, xarici ölkələrdə təhsil alanlar 713 nəfər, hər ikisi 239 nəfər, Magistratura üzrə 8612 nəfər, Doktorantura üzrə isə 1 143 nəfər müsabiqəyə qoşulub.
Universitetlər üzrə top 5 statistikada isə 1-ci yerdə 3347 nəfərlə Azərbaycan Dövlət İqtisad Universiteti yer alıb.
İkinci sırada Bakı Dövlət Universiteti (2800), daha sonra isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1453), Azərbaycan Dövlət Pedaqoji Universiteti (902), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (755) qərarlaşıb.
Töhfə Səməd
tag: Yüksəliş,Müsabiqə,Müraciət,Təhsil,Todaypress.az,