Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Sosial

06.06.2024 01:50

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə yolun Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Elşən Baba oğlu Əzizovu vurub. Piyada hadisə yerində keçinib (report).

tag: Yol -nəqliyyat,Hadisə, Xızı, Giləzi, Piyada, todaypress.az,