Yolların buz bağlaması qəzalara səbəb olub

Sosial

25.02.2025 12:15

2156

Ötən gün axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.  

Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.   

Bildirilib ki, paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, Milli Gimnastika Arenasının qarşısı, körpüdən “Koroğlu” m/st istiqamətində hərəkət edən yük avtomobili yolun buzlu olması səbəbindən sürüşüb və sürücü qəzadan son anda xilas ola bilib. 

Digər yol-nəqliyyat hadisəsi isə Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində qeydə alınıb:

"Burada da minik avtomobillərindən birinin yolda sürüşməsi qəzanın baş verməsinə səbəb olub və yolda sıxlıq yaranıb".

tag: Buz ,Yol ,Müraciət,Sabunçu,Nəqliyyat,Todaypress.az,