Yollarda əlavə polis naryadları cəlb edildi
Kəskin hava şəraiti ilə
əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda zəruri tədbirlər görülür,
fasiləsiz xidmət davam edir.
DİN-in Mətbuat
Xidmətindən TodayPress-ə verilən məlumata görə, verilən
məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin
magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin
intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis
naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar
qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların
mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Vətəndaşlardan
daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.
Bu istiqamətdə
işlər fasiləsiz olaraq davam etdirilir.
tag: DİN, Hava, Qar, Polis, Buz, Yol, Təhlükəsizlik, todaypress.az,