Yollara duz səpildi
Axşam
saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal
strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
TodayPress xəbər verir ki, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə,
sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla
əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Ümumilikdə bu
işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.
tag: Duz, Yol, Buz, Qar, BŞİH, Kommunal, Texnika, todaypress.az,