Yol polisi sürücülərə müraciət etdi

Sosial

01.03.2025 14:38

2764

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür: "Gecə saatlarından başlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, yolda qalan sürücülərə köməklik göstərilir, maarifləndirmə işi aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.

Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".

tag: BDYPİ,Xəbərdarlıq,Polis,Sürücü,Todaypress.az,