Yevlaxın bəzi ərazilərində qaz olmayacaq

Sosial

04.02.2025 03:56

Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

TodayPress-in məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.

Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

 

tag: Yevlax, Qaz,Fasilə, İdarə, todaypress.az,