Yevlaxda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada öldü

Sosial

09.03.2025 01:45

1997

Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

TodayPress bir neçə gün əvvəl rayonun Aran qəsəbəsində idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Tural Zeynalov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Yevlax, Xəsarət, Ölüm, Hadisə, Xəstəxana, todaypress.az,