Yerli, yoxsa xarici “çips” alaq? – Mütəxəssis RƏYİ

Sosial

19.03.2025 15:40

2429

Yeddidən yetmişə bir çox insan “çips” yeməyi sevir. Ancaq Azərbaycanda və dünyada geniş istehlak olunan “çips”lərin tərkibi və insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıqlar var. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TodayPress-ə açıqlamasında bildirib ki, bu qida məhsulu xüsusilə uşaqlar üçün təhlükəli hesab edilir.   

Onun sözlərinə görə, “çips”lər insan orqanizmini asılı vəziyyətə salan kimyəvi maddələr ehtiva edir:

“Çips”lərdə öyrəşdirici maddələr olur. Xüsusilə genetik modifikasiya olunmuş kartoflardan hazırlandıqda, bu məhsul daha da təhlükəli hala gəlir. Xüsusən də uşaqlar, “çips”dən uzaq durmalıdır”. 

Ekspertin fikrincə, Azərbaycanda istehsal olunan “çips”lər Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir, lakin bu nəzarət əsasən təhlükəsizlik aspektinə yönəlib. 

Sədrin sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsul nə qədər dadsız olsa da, xaricdən gətirilənlərdən üstündür. Çünki texnologiya nə qədər primitivdirsə, məhsul bir o qədər təbii olur. 

“Kanadanın Toronto şəhərində küçələrdə xüsusi mobil maşınlar vasitəsilə ekspress “çips” satışı həyata keçirilir. Hündür quruluşa malik bu maşınlar kartofları yerindəcə emal edərək müştərilərə təqdim edir. Maşının qırağındakı dəlikdən baxanda kartofların palçıqlı halda bişirildiyini gördüm. Ümumiyyətlə, yerli və xarici fərq etmədən, bütün “çips”lər insan sağlamlığına zərərlidir”.

Qeyd edək ki, mütəxəssislər “çips”lərin həddindən artıq istehlakının piylənmə, ürək-damar problemləri və digər sağlamlıq risklərini artırdığını bildirirlər.

Türkan İsgəndərli

tag: Eyyub Hüseynov,Ekspert,Çips,Ziyan,Todaypress.az,

photo