Yenidən qar yağacaq - XƏBƏRDARLIQ
Fevralın 26-dan başlayaraq hava şəraiti pisləşəcək.
TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.
Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.
tag: Hava,Buz,Şaxta,Qar,Milli Hidrometeorologiya Xidməti,todaypress.az,