Yeni marşrut avtobusları müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma
xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində
Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı,
Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir,
Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı,
Bərdə-Göyçay, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər,
Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat
qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli
qəsəbədaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan TodayPress-ə bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
10 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat
vasitələri də təqdim olunmalıdır.
•
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Astara,
Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 Lot üzrə aprelin
15-də;
•
Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar istiqamətlərində 5
Lot üzrə aprelin 18-də;
•
Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi),
Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5 Lot üzrə
aprelin 22-də;
•
Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala və Balakən-Zaqatala
istiqamətlərində 5 Lot üzrə aprelin 25-də;
•
Quba-Xaçmaz, Nabran-Xudat istiqamətlərində, eləcə də paytaxtın 332 nömrəli
qəsəbədaxili (Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası),
333 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Yeni yaşayış massivi – Binə qəsəbəsi
(Sovxoz yaşayış massivi) avtobus marşrutları üzrə 4 Lotda aprelin 29-da;
•
334 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (karton fabriki) - Binə qəsəbəsi
(Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Sovxoz
yaşayış massivi) - Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli
qəsəbədaxili (Binə qəsəbəsi (137-ci Binə küçəsi, Penitensiar Xidmətin müalicə
mərkəzi) - Binə qəsəbəsi (131-ci Binə küçəsi) avtobus marşrutları üzrə 3 Lotda
mayın 2-də baxılacaq.
tag: Avtobus, Müsabiqə,AYNA,Nəqliyyat, todaypress.az,