Yaz tətilinin tarixi açıqlandı
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.
Bu barədə TodayPress-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinindən bildirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.
tag: Azərbaycan ,Nazirlər Kabineti,Yaz,Tətil,todaypress.az,